Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Səbail” 2-ci yoxlama oyununa çıxıb. Şahin Diniyevin komandası Rusiya təmsilçisi “Fakel”lə üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. Rusiya klubu 69-cu dəqiqədə penaltidən fərqlənməklə qələbə qazanıb. Əlavə edək ki, “Səbail” Antalyadakı ilk yoxlama görüşündə Rumıniya  təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb. Bu oyunda qapılara qol vurumayıb.

“Qarabağ” – “Zirə” oyununda isə Ağdam klubu 4:0 hesablı qələbə qazanıb. Qolları Leandro Andrade, Redon Cica, Riçard Almeyda və Nəriman Axundzadə vurublar. Bu, komandaların 2-ci yoxlama matçlarıdır. Daha əvvəl “Zirə” “Araz Naxçıvan”ı 2:1 hesabilə məğlub edib. “Qarabağ” isə əvəzedici komandasına qalib gəlib: 7:2

Hazırlıqları Antalyada davam etdirən “Turan Tovuz”  da növbəti yoxlama matçında qüvvəsini sınayıb. Təmsilçimiz Özbəkistanın “Nasaf” kollektivi ilə qarşılaşıb. Görüş rəqib komandanın 4:2 hesablı qələbəsilə yekunlaşıb. Tovuz klubunun qollarını İsmayıl Zülfüqarlı və Roderik Miller vurublar. Xatırladaq ki, “Turan Tovuz” ilk hazırlıq oyununda Rumıniya təmsilçisi “Voluntari”yə 0:2 hesabilə uduzmuşdu.