Xorvatiyada güləş üzrə reytinq turniri Zaqreb Open yekunalaşıb. Yarışın son günündə 6 yunan-Roma güləşçimiz mübarizə aparır.
Onlardan 72 kq-da çıxış edənÜlvü Qənizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medala layiq görülüb. Digər təmsilçilərimiz Nihat Məmmədli, Murad Əhmədiyev, Murat Lokyayev, Beka Kandelaki və Sabah Şəriəti isə mükafatlardan kənarda qalıb. Beləliklə komandamız Zaqrebi 2 qızıl 5 bürünc olmaqla ümumilikdə 7 medalla tərk edib. Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov qızıl, Həsrət Cəfərov və sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov və Cəbrayıl Qadjiyev , həmçinin qadın güləşçimiz Alyona Kolesnik bürünc mükafata yiyələniblər.