Albaniyanın “Eqnatiya” klubunun üzvü Vüsal İsgəndərli Türkiyədə çıxış edə bilər.
Qardaş ölkənin “Boluspor” klubu həmyerlimizi transfer etmək istəyir. Birinci divizonda mübarizə aparan komanda İsgəndərlinin transferi ilə bağlı “Eqnatiya” ilə danışıqlar aparır. Qeyd edək ki, Vüsal İsgəndərlinin “Eqnatiya” ilə müqaviləsi 2026-cı ilə qədərdir.