Basketbol Liqasında 9-cu turunun açılış oyununda "Neftçi" və "Sərhədçi" üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində təşkil olunan oyunun ilk periodunda nominal meydan sahibləri 26-19 hesabı ilə irəli çıxıblar. İkinci hissədə də üstünlüyünü qoruyan “Neftçi” basketbolçuları böyük fasiləyə 46-38 hesabı ilə öndə yollanıb. Gərgin keçən sonrakı periodlarda da təşəbbüsü əldən verməyən “Neftçi” yekunda 88:86 hesabı ilə qalib gəlib. Görüşün Ən məhsuldar basketbolçusu Brendon Miller olub. "Sərhədçi"nin üzvü 29 xal və 11 assistlə fərqlənib. Günün ikinci oyununda liderlər qrupunda qərarlaşan "Xəzri" və "Sabah" komandaları qarşılaşıblar. Görüş "Sabah" 84:80 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu nəticə ilə xallarının sayını 17-ə çatadıarn “Sabah” qış fasiləsinə çempion kimi yollanıb.