Futzalçılarımız dünya çempionatının elit raundunda sonuncu oyuna çıxıblar.

A qrupunda mübarizə aparan millimiz Niderland komandasının qonağı olub. Meydan sahibləri ilk hissədə qapımıza 2 dəfə yol tapıblar. Abdesamad Attahiri və Səid Buzambu fərqlənib. Fasilədən sonra isə Tefiq Ceyar yekun nəticəni müəyyənləşdirib: Niderland – Azərbaycan 3:0.

Bu nəticəylə komandamız 4 xalla A qrupunda sonuncu olub. 6 oyunun hamısında qalib gələn Qazaxıstan millisi 18 xalla lider kimi pley-ofa çıxıb. Niderland futzalçıları isə 9 xalla 2-ci yeri tutaraq pley-ofa yüksəliblər.