İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin 3 oyunu keçirilib. “Çelsi” azarkeşləri önündə “Nyukasl”la qarşılaşıb. 16-cı dəqiqədə Kallum Vilson hesabı açıb. 2-ci hissədə hücumlarını gücləndirən London klubu tarazlığı bərpa edə bilib. Əlavə olunan vaxtda Mihaylo Mudrik fərqlənməklə görüşün nəticəsini penalti seriyasına daşıyıb. 11 metrlik zərbələrdə daha dəqiq olan “Çelsi” futbolçuları qələbə qazanmaqla yarımfinala yüksəliblər.

a1/4 finalın daha bir oyunu Liverpulda keçirilib. “Fulhem” “Everton”un qonağı olub. Meydan sahiblərinin müdafiəçisi Maykl Kin avtoqolla yadda qalıb. Cavab qolunu isə Beto vurub. Bu oyunda da qalibin adına penalti seriyasında aydınlıq gəlib. Burada daha inamlı çıxış edən “Fulhem” futbolçuları mərhələ adlayıblar. Digər 1/4 final matçında isə “Midlsbro” “Port Veyl” klubunu 3:0 hesabilə məğlub edib.