Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda İsveç klubu “Hakken” üzərində (2:1) qələbəsi sayəsində mümkün olub. Həm qalibiyyət, həm də pley-offa vəsiqə nəticəsində ölkə reytinqinə 1 xal əlavə edilib. Xal sayını 19.125-ə çatdıran Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq  28-ci yerə yüksəlib.  Cari mövsümdəki əmsal isə 4,875-ə çatıb. Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.