Novak Cokoviçin 2016-cı ildə “Rolan Qarros” turnirin finalında əlində tutduğu raketka hərraca çıxarılıb.
“Böyük Dəbilqə” seriyalı turnirlərin 24 qat qalibinə məxsus idman ləvazimatı 107 min 482 dollara satılıb. Amma serbiyalı tennisçi həmin oyunu bu raketka ilə tamamlamayıb. Hərraca çıxarlıan məhsulu Cokoviç oyunun gedişində əvəzləyib. Serbiyalı matçın sonunda onu tribunaya göndərib. Xatırladaq ki, həmin finl oyununda Novak britaniyalı tennisçi Endi Marreyə qarşı oynayıb. Həmin görüşdə Cokoviç qalib gəlib. Elə həmin mövsümdə də Novak bütün “Böyük Dəbilqə” seriyalı turnirlərin qalibi olub.