Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailand “Buriram Yunayted”inin Asiya Çempionlar Liqasında Çinin "Zhejiang"ına qarşı matçından sonra dava düşüb.

Matçdan dərhal sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev də münaqişənin iştirakçısı olub. Çin klubunun bir çox futbolçusumillimizin üzvü ilə əlbəyaxa olub. Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.