2026-cı ildə keçiriləcək Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya millisi Argentina seçməsini qəbul edib.
Görüşdən əvvəl baş verən hadisələr daha çox diqqət çəkib. Belə ki, stadionda argentinalı azarkeşlərlə polis arasında baş verən qarşıdurma səbəbindən matçın başlaması gecikib. Azarkeşlər arasında ciddi xəsarət alanlar da olub. Hətta argentinalı futbolçular da münaqişəyə müdaxilə edib. "Marakana" stadionunda keçirilən qarşılaşma qonaqların minimal hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu 63-cü dəqiqədə Nikolas Otamendi vurub. 82-ci dəqiqədə isə “sambaçılar”ın hücumçusu Joelinton birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
6 oyundan sonra Argentina seçməsi 15 xalla yarış cədvəlində ilk pillədədir. Ardıcıl 3 oyundur uduzan Braziliya yığması isə 7 xalla altıncı yerdədir.