Bu gün AFFA-nın inzibati binasında qurumun icraiyyə komitəsinin iclası keçirilib.
Yığıncaqda millimizin baş məşqçisi Canni De Byazi ilə əməkdaşlığın davam etdirilib-etdirilməməsi müzakirə olunub. Nəticədə italiyalı mütəxəssislə müqavilə yenilənməyib. Xatırladaq ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan seçməsinin baş məşqçisi idi. Onun başçılığı altında millimiz Avropa çempionatının seçmə mərhələsində 5 komandanın mübarizə apardığ F qrupunda keçirdiyi 8 oyunda 7 xal toplayaraq 4-cü yerə tutub.