Albaniyanın paytaxtı Tiranada keçirilən gənc güləşilərin dünya birinciliyində komanadamızın iki üzvü finala çıxıb.
65 kq çəki dərəcəsində daZirəddin Bayramov və 79 kqda Əşrəf Aşırov bütün rəqiblərinə qalib gələrək həlledici görüşə vəsiqə əldə ediblər. Yığmamızın üzvlərindən Abdulcəlil Şabanov və Vaxit Qalayev isə bürünc mükafata sahib olublar. Şabanov Gürcüstan , Qalayev Hindistan idmançısından üstün olub.