Minifutbol üzrə Azərbaycan millisi Dünya çempionatının keçiriləcəyi Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Komandamızın üzvləri yarışa ciddi hazırlaşdıqlarını və ilkin məqsədin qrupu lider kimi başa vurmaq olduğunu bildiriblər
Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev: "Favorit olaraq ilk "5-lik"də görünürük. Rəqiblər əvvəllər bizi saymırdılar, indi hörmətlə yanaşırlar. Bu səbəbdən işimiz bir az çətinləşib".
Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə: “Dünya çempionatına Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə gedirik. Ab-hava çox yaxşıdır, turnirə yüksək səviyyədə hazırlaşmışıq. Antalyada iki həftəlik təlim-məşq toplanışımız oldu. Minifutbol mənim üçün təzə səhifədir, çox maraqlıdır. Çempionlar Liqasında fərqli ab-hava hökm sürürdü. İndi isə millinin heyətində çıxış edəcəyik. Azərbaycan adı olan yerdə həmişə can-başla kömək etməyə hazırıq”.
Azərbaycan millisi dünya çempionatının “G” qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraq SEÇMƏSİNƏ qarşı keçirəcək.
Qeyd edək ki, mundial İdman TV ilə canlı yayımlanacaq.