Azərbaycan Basketbol Liqasında yeni mövsüm başlanıb.
Çempionatın ilk oyunu “Sərhədçi” və “Cəlilabad” klubları arasında keçirilib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşmaya bölgə təmsilçiləri fəal başlayıblar və ilk periodu 29-10 hesabı ilə öndə tamamlayıblar. İkinci hissədə meydan sahibləri bir qədər fəallaşsalar da, komandalar böyük fasiləyə “Cəlilabad”ın 42-31 hesablı üstünlüyü ilə yollanıblar. Sonrakı periodlarda da təşəbbüsü əldən verməyən “Cəlilabad” basketbolçuları yekunda 86-76 hesabı ilə qalib gəliblər. Oyunun ən məhsular basketbolçuları “Cəlilabad” komandasından Kobi Tomas, “Sərhədçi”dən Conson Rid olublar. Onlar 19 xalla toplayıblar. Qeyd edək ki, 1-ci turun digər görüşləri oktyarın 27-dən 29-dək keçiriləcək.