İngiltərə millisində AVRO 2024-dən sonra baş məşqçi dəyişikliyi reallaşa bilər.
Belə ki, Komandanın çalışdırıcısı Qaret Sautqgeytin qitə çempionatından sonra vəzifəsindən getmək ehtimalı var. Komanda hazırda yarışın final mərhələsinə vəsiqə qazanıb və Sautqayetin millinin göstərdiyi nəticələrdən asılı olmayaraq, müvqaviləni uzatmayacağı gözlənilir. Artıq İngiltərə mediasında onun yerinə namizədlərin adları hallanmağa başlayıb. Əsas Favorit Nyukaslın baş məşqçisi Eddi Hau göstərilir. İngiltərə Futbol Assosiasiyası Eddi Haunun “Nyukasl”da görüdüyü işləri yüksək qiymətlənidirir və Sautqayetin millidən getməsi halında məhz onunla razılıq əldə etməyə çalışacaqları vurğulanır.