Dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. İlk 3 turda top buraxmadan qələbə qazanan Argentina millisi uğurlu seriyanı Perudakı səfər qarşılaşmasında da davam etdirib. Hazırki dünya çempionu rəqibini 2:0 hesabə ilə məğlub edib. Hər 2 qolu 1-ci hissədə Lionel Messi vurub. Sonuncu dəfə dünya çempionatında Səudiyyə Ərəbistanı millisinə uduzan argentinalılar, həmin görüşdən sonra keçirdikləri 14-cü oyunun hamısında qalib gəliblər. Komanda 4 turdan sonra maksimum nəticə ilə seçmə mərhələnin yarış cədvəlinə başçılıq edir.
Argentinalılardan fərqli olaraq Braziliya millisində vəziyyət fərqlidir. Ötən tur doğma arenada gpzlənilmədən Venesula yığması ilə heç-heçə edən “sambaçılar” bu dəfə ilk məğlubiyyətləri ilə üzləşiblər. 5 qat dünya çempionları Uruqvayda yerli komandaya uduzublar. Meydan sahibləri Darvin Nunyez və Nikolas de la Kruzun vurduğu qolla 2:0 hesablı qələbə qazanıblar. 4 turdan sonra Uruqvay, Braziliya və Venesuela komandası 7 xalla lider Argentinanın ən yaxın izləyicisidir.