Avropa çempionatı seçmə mərhələsinin B qrupunda daha 2 oyun olub.

Qitə yarışına vəsiqəni təmin edən Fransa komandasının qrupda əsas rəqibi Niderland seçməsi Yunanıstan səfərində çətin qələbə qazanaraq 2-ci pilləyə qayıdıb.28-ci dəqiqədə “narıncılar”ın heyətində Vaut Veqorst penaltidən yararlana bilməyib. Matçln sonuna yaxın isə Yunanıstan kollektivinin qapısına yenə 11 metrlik zərbə təyin edilib. Bu dəfə topa yaxınlaşan Vörcil Van Daykın zərbəsi isə Odisseas Vlaxodimos üçün qarşısıalınmaz olub. Beləliklə Niderland seçməsi penaltidən vurulan 1  qolla Yunanıstan səfərondə qalib gəlib. İrlandiya millisi isə ardıcıl 3 məğlubiyyətin əvəzini Cəbəllüttariq komandasından çıxıb. İrlandiyalılar səfərdə rəqibi 4:0 hesabilə məğlubiyyətə uğradlblar. Evan Ferqyuson, Maykl Conston, Met Doerti və Kallum Robinson qələbəyə töhfə verib. B qrupunda 6 oyundan 18 xal toplayan lider Fransa seçməsini 12 xal toplayan 2 kollektiv - Niderland və Yunanıstan izləyir. İrlandiya futbolçuları 6 xalla 4-cüdülər. Hesablnda xal olmayan Cəbəllütariq yığması b qrupunda sonuncudur.