Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan Türkiyə millisi növbəti oyununu keçirib.
“Ay ulduzlular” D qrupunun 7-ci turunda səfərdə Xorvatiya kollektivi ilə üz-üzə gəlib. İlk dəqiqələrdən hücumlarda fəallıq nümayiş etdirən Türkiyə futbolçuları yarım saatın tamamında hesabı açıb. Rəqibin əks hücumunun qarşısını ustalıqla alan Salih Uçan topu komanda yoldaşı Barış Alper Yılmaza ötürüb. Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçin səhvindən yararlanan 23 yaşlı forvard topu uzaqdan qapıya vurub. Qoldan sonra irəli atılan Xorvatiya millisi istəyinə nail ola bilməyib. Qarşılaşma minimal hesabla başa çatıb: Xorvatiya – Türkiyə 0:1. Bununla da, Türkiyə seçməsi 13 xalla qrupda liderliyə yüksəlib. 10 xalı olan Xorvatiya ikincidir.