Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə Avstriya, Macarıstan və İsveçrənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.
Yığmamız Skopye şəhərində Şimali Makedoniya seçməsi ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin hücumları ilə başlayıb. Şimali Makedoniya həndbolçuları ilk hissəni 23-10 hesabı ilə öndə tamamlayıblar. Rəqib komanda fasilədən sonra da üstünlüyü əldən verməyib və yekunda 40:17 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakıda İspaniya yığmasını qəbul edəcək. Həndbolçularımız 2024-cü il fevralın 28-də isə litvalı rəqibləri ilə qarşılaşacaqlar.