Avro-2024-ün seçmə mərhələsində D qrupunda mübarizə aparan Türkiyə millisi Xorvatiyaya yollanıb. “Ay-ulduzlular” buirda yerli komanda ilə üz-üzə gələcəklər. Hazırda hər iki komandanın 10 xalla qrupda ilk 2 pillədə qərarlaşması bu görüşün əhəmiyyətini daha da artırır. Qeyd edək ki, rəqiblərindən 1 oyun az keçiriən xorvatiyalılar qrup mərhələsinin İstanbulda keçirilən görüşündə rəqibinə qalib gıəlib. Bursa şəhərindəki qarşılaşmada Mateo Kovaçiç 2 qol vuraraq qonaqlara qələbə qazandırmışdı.

A qrupunda isə İspaniya – Şotlandiya görüşü diqqət mərkəzindədir. Hazırda britaniyalılra keçirdikləri 5 oyunun hamısında qalib gəlməklə maksimum nəticə ilə qrupa başçılıq edirlər. 1 oyun az keçiriən ispanlar rəqibləriondən  6 xal geri qalıralr. Qeyd edək ki, ispaniya millisi Qlazqodakı ilk oyunda rəqibinə uduzub. Şotlandiyalılar Skot Maktomininin vurduğu 2 qolla sürpriz qələbə əldə etmişdilər.

Əlavə edək ki, sabah bu iki qarşılaşma ilə yanaşı Albaniya – Çexiya, Andorra – Kosovo, Belarus – Rumlniya,  Kipr- Norveç və Farer adaları - Polşa qarşılaşmaları da olacacaq. Oyunlar Bakı vaxtə ilə saat 22:45-də başlanacaq.