Futzal millimiz 2024-cü ildə keçiriləcək dünya çempionatının elit mərhələsində bu gün Qazaxıstan seçməsinin qonağı olacaq. Komandamız qarşılaşmanın keçiriləcəyi Astana şəhərindəki "Jekpe Jek Arena"da məşqə çıxıb.  90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar məşqçiləri heyətinin tapşırıqlarını yerinə yetirib, bir neçə standart vəziyyəti reallaşdırmağa çalışıblar. Baş məşqçi Vitali Borisovun komandada vəziyyətin yaxşı olduğunu bildirib. Borisov millimizin qələbə imkanlarını da dəyərləndirib: "Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir".

Borisov şansların bərabər olduğunu vurğulayıb: "İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhvali-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.

Millimizin heyətində zədəli futzalçı yoxdur.  Yalnız Bakıda bu komandalar arasında 4 gün əvvəl keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo Astanadakı matçda  Əvəzində Əmir Şocayi komandaya kömək edəcək.

3 turdan sonra hesabında 3 xalı olan komandamız Aqrupunda 3-cü pillədə qərarlaşıb. Komandamız lider Qazaxıstan seçməsindən 6 xal geri qalır. Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu bu gün Bakı vaxtilə saat 18-də başlanacaq.