"Azərbaycan çempionatındakı klublarda əcnəbi futbolçular çoxdur. Bu isə açıq-aydın millinin işinə kömək etmir". Bu fikirləri milli komandamızın baş məşqçisi Canni De Byazi Albaniyanın "Abcnews" nəşrinə açıqlamasında deyib. İtaliyalı mütəxəssis Azərbaycan yığmasında işinin yaxşı getdiyini bildirib: Sitat: "Biz çox inkişaf edirik. Lakin keyfiyyətli, yüksək səviyyəli futbolçular baxımından bəzi struktur problemlərimiz var. Sitatın sonu.
De Byazi daha əvvəl işlədiyi Albaniya millisindən də danışıb. O, sabiq komandasının Almaniyada keçiriləcək növbəti Avropa çempionatına vəsiqə qazanacağına ümid etdiyini deyib. Xatirladaq ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə Estoniya, 3 gün sonra Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq.