Azərbaycan çempionatında 9-cu tura 2 oyunla yekun vurulub. Günün ilk göruşündə “Sumqayıt” doğma arenada “Kəpəz” minimal hesabla qalib gəlib. Yeganə qolu Roi Kehat vurub. 5 oyundan sonra qalib gelen “Sumqayıt” 11 xalla turnir cədvəlində 7-ci yerdədir. 5 xalla autsayeder olan “Kəpəz” isə artıq 8 turdur qələbəyə həsrətdir. Gəncə klubu mövsümə “Neftçi”ni məğlub etmeklə başlasa da, həmin görüşdən sonra keçirdiyi 8 oyunun heç birində qalib gələ bilməyib.
9-cu tura, eləcə də ölkə çempionatında 1-ci dövrəyə “Neftci” – “Qarabağ” oyunu ilə yekun vurulub. Ağdam klubu 2-ci hissədə vurduğu 2 cavabsız qolla prinsipial rəqibini məğlub edib. “Qarabağ”ın heyətində Juninyo və Redon Cica fərqlənib. Ardıcıl 4-cü qələbəsini qazanan komanda 19 xalla lider “Zirə”yə çatıb. Mövsümdə 3-cü dəfə uduzan “Neftçi” isə 12 xalla 5-ci pillədə qərarlaşıb. “Səbail” 17 xalla 3-cü, “Araz Naxçıvan” 14 xalla 4-cü yerdədir.