Çempionlar Liqasının F qrupunda “Nyukasl” “Sent Ceyms Park”da “Pari Sen Jermen”lə qaşılaşıb. Oyuna daha yaxşı başlayan meydan sahibləri Migel Almironun qolu ilə hesabı açıblar. Fasilə ərəfəsində fərq artıb. Den Börn diqqət mərkəzinə düşüb. 50-ci dəqiqədə Şon Lonqstaf 3-cü topu Paris klubunun qapısından keçirib. Çox keçmədən Lukas Ernandes Fransa təmsilçisini ümidləndirsə də bu, məğlubİyyətdən xilas olmaq üçün yetərli olmayıb. 2-ci hissəyə əlavə olunan vaxtda Fabian Şör yekun hesabı müəyyənləşdirib: “Nyukasl” – PSJ 4-1
Qrupun digər matçında “Borussiya Dortmund” Milanı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb. Nyukasl 4 xalla F qripuna başçılıq edir. Hesabında 3 xal olan PSJ 2-cidir. “Milan”ın 2, “Borussiya”nın isə 1 xalı var. 3-cü turda “PSJ” – “Milan” və “Nyukasl” – “Borussiya” qarşılaşmaları olacaq.
G qrupunda çempion “Mançester Siti” səfərdə “Leypsiq”lə üz-üzə gəlib. 25-ci dəqiqədə Fil Foden fərqlənib. 2-ci hissənin əvvəlində meydan sahibləri Lui Opendanın qolu ilə tarazlığı bərpa ediblər. “Mançester Siti”nin digər qollarını isə oyunun sonunda Xulian Alvares və Jeremi Doku vurub. Beləliklə 3:1 hesabilə qalib gələn İngiltərə təmsilçisi maksimum nəticə ilə irəliləyir. “Leypsiq”in hesabında isə 3 xal var.
Qrupun növbəti matçı Serbiyada keçirilib. “Srvena Zvezda” “Yanq Boyz”la qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə bitib. Meydan sahiblərinin qollarını Şerif Ndiaye və Osman Bukarı vurub. “Yanq Boyz”un heyətində isə Filip Uqriniç və Sedrik İtten fərqləniblər. İlk turda uduzan hər 2 komanda ilk xallarını qazanıb. Növbəti turda “Yanq Boyz” – “Mançester Siti” və “Leypsiq” – “Srvena Zvezda” görüşləri keçiriləcək.