Oktyabrın 6-da Avropa çempionatının elit-raundu mərhələsində Bakıda Qazaxıstan millisini qəbul edəcək futzal millimiz oyuna hazırlığı davam etdirir. Oktyabrın 2-dən təlim-məşq toplanışına başlayan millinin hazırlığına 14 oyunçu cəlb olunub. Ölkə xaricində çıxış edən oyunçuların hazırlığa qoşulması ilə məşqlər daha çox taktiki çalışmalara həsr olunub. Millimizin heyətində dəyişiklik olub. Belə ki, heyətə iki yeni oyunçu qoşulub. Bunlar Yunanıstanın “Doukas” klubunda oynayan Qabriel Bastos və “Baku Fire”-ın üzvü Murad Quluzadədir.
Qeyd edək ki, Azərbaycan-Qazaxıstan qarşılaşması oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək. Oyun saat 20:00-də başlayacaq.