“Anadolu Efes”in basketbolçusu Şeyn Larkin Türkiyə vətəndaşlığından məhrum edilib.
Bu barədə Türkiyə Basketbol Federasiyası məlumat yayıb. Buna amerikalı oyunçunun Olimpiadaya lisenziya xarakterli turnirdən imtina etməsi səbəb olub. Nəticədə, federasiya Larkinin yerli oyunçu statusunu ləğv edib. Amma “Anadolu Efes” bəyanat yayaraq qərarla razılaşmadığını bildirib. Klub rəhbərliyinin iddiasına görə, Larkin zədə səbəbindən millinin düşərgəsinə qoşulmayıb. Təcrübəli basketbolçu tibbi yoxlanışın nəticələrini federasiyaya göndərsə də, qarşı tərəf sənədləri qəbul etməyib. Şeynin bundan sonra əcnəbi statusda oynayacağı klub rəhbərliyinin planlarına mənfi təsir göstərəcək.