MotoGP üzrə dünya çempionatında Yaponiya Qran-prisi geridə qalıb.

Motegi şəhərində keçirilən mövsümün 13-cü yarışında “Dukati” komandasının üzvü Xorxe Martin uğur qazanıb. İspaniyalı motosikletçi 12 dövrəni 24 dəqiqə 6,3 saniyəyə qət edərək bu mövsüm 3-cü dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. Martin daha əvvəl Almaniya və San Marino Qran-prilərində də uğur qazanmışdı. Ondan 1,4 saniyə geridə qalan hazırkı çempion Françesko Banyaya 2-ci yeri tutub. “Honda” motosikletçisi Mark Markes isə liderdən 2 saniyə geri qalmaqla 3-cü olub Ötən yarışın qalibi italiyalı Marko Bedzekki isə bu dəfə mübarzəni 4-cü sırada tamamlayıb.  Şəxsi birinciliyə gəlincə, yarışı ikinci pillədə başa vuran Banyaya 319 xalla liderliyini qorusa da, qalib gələ bilməməklə işini çətinə salıb. Belə ki, Yaponiyada uğur qazanan “Dukati”dəki komanda yoldaşı Xorxe Martin onunla xal fərqini 3-ə endirib. Mühəndislər Kubokuna da 490 xalla “Dukati” başçılıq edir. Növbəti yarış iki həftə sonra İndoneziyada təşkil olunacaq.