Azərbaycan çempionatının 8-ci turunda “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edib. Qarşılaşmanın ilk hissəsində qapılara yol tapmaq mümkün olmayıb. Fasilədən sonra vurulan yeganə qol görüşün taleyini həll edib. Bilel Auşeriya 52-ci dəqiqədə fərqlənərək “Qəbələ”yə minimal hesablı səfər qələbəsi qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 7-yə çatdıran “qırmızı-qaralar” sonuncu pillədən qurtulub. Əvəzində “Kəpəz” hesabındakı 5 xalla autsayder mövqeyinə düşüb.
“Araz Naxçıvan” – “Zirə” göüşünün də taleyini 1 qol həll edib. Amma bu dəfə meydan sahibləri sevinən tərəf olublar. Nuno Rodriges fərqlənərək Naxçıvan klubuna qələbə qazandırıb. Mövsümdə 2-ci dəfə uduzan “Zirə” “Qarabağ”la bərabər 16 xalla turnir cədvəlinə baçcılıq edir. “Səbail” 14 xalla ilk 3-lüyü tamamlayır. 8 turun 4-də qalib gələn “Araz Naxçıvan” isə 13 xalla 4-cü yerdə qərarlaşıb.