MotoGP üzrə növbəti mövsümün təqvimi müəyyənləşib.
azMotosikletçilər arasında dünya çempionatı 2024-cü ilin martın 8-10-u aralığında Qətərdə start götürəcək. 22 Qran-pridən ibarət birincilik noyabrın 22-də İspaniyanın Valensiya şəhərində yekunlaşacaq. Çempionatda fasilə iyulun 7-dən avqustun 4-ə qədər davam edəcək. Mövsüm ərzində 11 yarış isə Formula 1 həftəsi ilə üst-üstə düşəcək. Yeri gəlmişkən, tarixdə ilk dəfə MotoGP Qran-prisi Qazaxıstanda təşkil olunacaq.. Almatı şəhərinin “Sokol” trassındakı yarış iyulun 8-9-da keçiriləcək.