Bir vaxtlar “Red Bull”un heyətində 4 qat dünya çempionu olan Sebastyan Fettel yenidən sürət yarışlarında qüvvəsini sınaya bilər.

Almaniya mətbuatının məlumatına görə, WEC kateqoriyasında mübarizə aparan Böyük Britaniyanın “Yota” şirkəti almaniyalı pilota “Porşe 963” yarış avtomobilində çıxış etmək təklifi göndərib. Şərtlərlə razılaşacağı halda, Fettel artıq oktyabr ayından mübarizəyə qoşula bilər. Fettel mətbuata açıqlamasında təkliflə tanış olduğunu təsdiqləyib. Bununla yanaşı, “Yota” sabiq Formula 1 pilotu Robert Kubitsa ilə də danışıqlar aparır.