Türkiyə Milli Komandasının baş məşqçi vəzifəsindən ayrılan Stefan Kuntzun yerinə artıq yen namizədin adı açıqlanıb.
İtaliya mətbuatının verdiyi xəbərə görə “ay-ulduzlular”ı çalışdırmaq üçün Türkiyə Futbol Federasiyası Vinçenzo Montellanı düşünür. “La Qazetta della Sport” nəşrinin verdiyi xəbərə görə italyan mütəxəssislə 3 illik müqavilə imzalamaq ehtimalının olduğu bildirilir. Qeyd edək ki, Vinçenzo Montella 2021-2023-cü illər mövsümündə Türkiyə Super Liqasında çıxış edən “Adana Dəmirspor”un baş məşqisi olub.