Futzalçılarımız dünya çempionatının elit mərhələsində 2-ci oyuna çıxıblar.
İlk görüşdə səfərdə Rumıniya komandasına 1:3 hesabilə uduzan millimiz bu dəfə Bakıda Niderland seçməsini qəbul edib. Futzalçılarımız oyuna əla start veriblər. Komandamız artıq ilk hissədə rəqib qapısından 5 top keçirib. Rafael Vilela dubl edib. Bundan başqa Qallo, Maneka və Felipinyo fərqlənib. 2-ci yarıda kollektivləe hərəyə 1 qol vurub. 36-cı dəqiqədə Felipinyonun vurduğu qola 1 dəqiqə sonra İlyas Buzit cavab vürib. Beləliklə Azərbaycan millisi Niderland seçməsini 6;1 hesabilə məğlubiyyətə uğradıb. Qrupun digər matçında Qazaxıstan komandası Rumıniya futzalçılarına 4:3 hesabilə qalib gəlib. Hazırda Qazaxıstan komandası 6 xalla A qrupunun lideridir. Rumıniya və Azərbayxan milliləri 2, 3-cü yerlərdədir. Hər 2 matçda uduzan Niderland kollektivi sonuncudur. Komandamız 3-cü qarşılaşmada Bakıda Qazaxıstan futzalçıları ilə üz-üzə gələcək.