Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında sərbəst güləşçimiz Osman Nurmaqomedov finala yüksəlib.
92 kq çəkidə mübarizə aparan təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidanı 10-0 hesabilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. O, bu gün finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq. Turnirin ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov və Orxan Abasov yarımfinalda məğlubiyətlə üzləşiblər. Onlar bürünc medal uğrunda yarışacaqlar. 57 kq-da çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda uduzaraq dünya çempionatı ilə vidalaşıb.
Qeyd edək ki, lisenziya xarakterli turnirə sentyabrın 24-də yekun vurulacaq.