Millimizin üzvü Renat Dadaşovun karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.
24 yaşlı hücumçu “Qrashopers”dən Super Liqada çıxış edən “Hatayspor”a keçəcək. Dadaşov buna görə millinin düşərgəsinə bir qədər gec, sentyabrı 6-sı qoşulacaq. Qeyd edək ki, millimiz sentyabrın 9-u Avro 2024-ün seçmə mərhələsində “Dalğa arena”da Belçika komandasını qəbul edəcək. 3 gün sonra isə komandamızı İordaniya futbolçuları ilə yoxlama matçı gözləyir.