UEFA Çempionlar Liqasında pley-off mərhələsi yekunlaşıb. PSV Şotlandiyada 2:2 hesablı heç-heçə etdiyi “Reyncers”i Niderlandda qəbul edib. 35-ci dəqiqədə meydan sahibləri hesabı açıblar. İsmael Saybari diqqət mərkəzinə düşüb. Fasilədən sonra daha məhsuldar mübarizə qeydə alınıb. 53-cü dəqiqədə Saybari dubl edib. 64-cü dəqiqədə Ceyms Tavernye fərqi azaldıb. Lakin “Reyncers”in daha artığına gücü çatmayıb. Şotlandiya klubu 15 dəqiqəyə 3 top buraxıb. 66-cı dəqiqədə Lyuk De Yonq hesabı 3:1-ə çatdırıb. Az sonra Yohannes Verman PSV-nin 4-cü qolunu vurub. Vaxtın bitməsinə 9 dəqiqə qalmış qonaqların heyətində Konnor Qoldsonun avtoqolu yekun nəticəni müəyyənləşdirib. PSV – “Reyncers” 5:1.
Beləliklə Niderland klubu 2 oyunun yekununda 7:3 hesabilə üstün olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
AEK – “Antverpen” oyununda bütün maraqlı hadisələr fasilədən sonra baş verib. 73-cü dəqiqədə qonaqlar hesabı açıblar. Cirano Kerk Yunanıstan klubunun qapısına yol tapıb. Sona yaxın tarazlıq bərpa olunub. Vaxtın tamamında Serxio Arauxo hesabı bərabərləşdirib. Əlavə olunan 5-ci dəqiqədə Mişel Anj Balikvişa son nöqtəni qoyub: AEK – “Antverpen” 1:2. 2 oyunun nəticəsinə görə Belçika klubu 3:1 hesabilə qələbə qazanaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-offuna çıxıb.