İtaliyalı insayder Fabritsio Romanonun məlumatına görə “Barselona”nın cinah hücumçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Londonun 2 klubu – “Çelsi” və “Tottenhem” 20 yaşlı futbolçunu diqqət mərkəzində saxlayır. Keçidin transfer pəncərəsinin son saatlarında rəsmiləşə biləcəyi deyilir. “Barselona” ilə 2027-ci ilə qədər müqaviləsi olan Ansu Fati ötən mövsüm Kataloniya klubunun heyətində 50 oyuna çıxıb. Gənc futbolçu bu qarşılaşmalarda 10 qol vurub, 4 dəfə məhsuldar ötürməylə fərqlənib.