“Çelsi”nin futbolçusu Romelu Lukaku icarə əsasında “Roma”da çıxış edəcək.
Artıq Premyer Liqa və A Seriyası təmsilçiləri arasında razılıq əldə olunub. “Roma” 30 yaşlı hücumçunu icarəyə götürmək üçün londonlulara 5,5 milyon avro ödəyəcək. Belçikalı hücumçu yeni kolmandasında bir mövsümə 7 milyon avro məvacib əldə edəcək. Xatırladaq ki, Lukaku ötən mövsüm “İnter”də çıxış etmişdi. O, “Milan” klubunun heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalmışdı. Lukakunun “Çelsi”ilə müqavilə müddəti 2026-cı ilin iyununda başa çatacaq.