İsveç çempionatının 21-ci turunda Azərbaycan millisinin üzvü Musa Qurbanlının çıxış etdiyi “Yurqorden”  doğma meydanda “Deqerfors”la qarşılaşıb.

Görüşdə hesab erkən açılıb. Musanın ötürməsindən sonra Qustav Vikheim topu rəqib qapısından keçirib. 20-ci dəqiqədə Jozef Qyau tarazlığı bərpa edib. 3 dəqiqə sonra Musa Qurbanlı İsveç çempionatında qol hesabını açıb. Çox keçmədən millimizin forvardı özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 2-ci hissədə “Deqerfors”un qapısına penalti təyin olunub. 21 yaşlı hücumçumuz het-trik etmək fürsətini qaçırıb. Oyunda son nöqtəni Markus Danielson qoyub: “Yurqorden” – “Deqerfors” 4:1. Beləliklə Musa Qurbanlı 2 qol və 1 məhsuldar ötürmə ilə qələbədə böyük rol oynayıb. “Yurqorden” İsveç çempionatında 37 xalla 4-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 45 xalla “Elfsborq” başçılıq edir.