İngiltərə Premyer Liqasında 2-ci tura London derbisi ilə yekun vurulub.
“Kirstal Pelas” doğma meydanda “Arsenal”la üz-üzə gəlib. Tərəflərin ilk hissədə bir neçə dəfə fərqlənmək imkanı olsa da qapılara qol vurulmayıb. 2-ci hissənin əvvəlində hücumlarını gücləndirən qonaqlar penalti vurmaq imkanı qazanıblar. 53-cü dəqiqədə Martin Odeqar fürsəti qaçırmayıb. Bir qədər sonra “Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu kobud oyuna görə 2-ci dəfə sarı vərəqə ilə cəzalanaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalmalarına baxmayaraq “topçular” üstünlüyü qoruya bilib və minimal hesabla qalib gəliblər. 2 turdan sonra maksimum nəticə göstərən “Arsenal” “Mançester Siti” və “Brayton” birgə yarış cədvəlində liderdir. “Kristal Pelas”ın isə hesabında 3 xal var.