Cüdo üzrə Zaqreb Qran-prisinə yekun vurulub.

Yarışın son günündə daha bir idmançımız mükafat əldə edib. Ağır çəkidə ölkəmizi təmsil edən Uşanqo Kokauri yarışa uğurla başlayıb. Ardıcıl olaraq, Əlcəzair, Rumıniya və İtaliyadan olan rəqiblərinə qalib gələn idmançımız yarımfinala adlayıb. Amma o burda Yaponiya cüdoçusu ilə bacarmayıb. Bürünc medal uğrunda görüşdə fransalı rəqibini məğlub edən Uşanqi Kokauri fəxri kürsüyə qalxıb. Beləliklə komandamız yarışı 2 medalla başa vurub. Xatırldaq ki, yarışın ilk günündə idmançılarımızdan Əhməd Yusifov gümüş mükafat əldə etmişdi.