Kilian Mbappenin PSJ-dəki gələcək taleyi də sual altındadır.
“La Parisien” nəşrinin məlumatına görə, müqaviləni yeniləmədən gələn il “Real”a keçməyə hazırlaşan futbolçunu klub rəhbərliyi cəzalandırmağa hazırlaşır. Artıq bu istiqamətdə rəhbərlik müəyyən addım atıb. Belə ki, PSJ Koreya və Yaponiyada turneyə qatılarkən ona meydana çıxmağa imkan yadadılmayıb. Fransa millisinin hücumçusunun adı Liqa 1-in ilk turunda iştirak ərizəsinə də salınmayacaq. Anlaşmaya əsasən, klub rəhbərliyi sentyabrın 1-nə qədər Mbappeyə oynamağa imkan verməsə, 24 yaşlı hücumçu PSJ ilə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.