Paytaxtımızda şahmatçıların dünya kuboku davam edir.
Respublikamızın nümayəndələri yarışın 3-cü mərhələsində cavab görüşlərinə çıxıb. Millimizin liderlərindən Teymur Rəcəbov ispaniyalı Xayme Santosla qarşılaşmada ardıcıl 2-ci dəfə heç-heçə edib. Bundan başqa Nicat Abbasovun niderlandlı Aniş Giri, Rauf Məmmədovun isə FİDE-ni təmsil edən Yan Nepomnyaşi ilə görüşlərində qalib müəyyənləşməyib. Hər 3 şahmatçımız bu gün rəqibləriylə tay-breyk görüşü keçirəcək. Abdulla Qədimbəyli və Qədir Hüseynov, qadınlardan isə Ülviyyə Fətəliyeva turnirdə mübarizəni dayandırıb. Qeyd edək, dünya kuboku şahmatçıların çempionluq seriyasının tərkib hissəsidir. Həm kişilərin, həm də qadınların yarışında fərqlənən 3 şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edir. Ümumi mükafat fondu 1 milyon 834 min dollar olan dünya kuboku avqustun 24-ü başa çatacaq.