İngiltərənin Mançester şəhərində para-üzgüçülərin dünya çempionatı keçirilir.

Yarışda Azərbaycan atletləri də çıxış edirlər. Paralimpiya millimizin  liderlərindən, Raman Saley də turnirdə mübarizəyə qoşulub. Üçqat paralimpiya çempionumuz 100 metr məsafəyə arxasıüstə üzmə yarışında 1 dəqiqə 0,83 saniyə nəticəylə gümüş medala yiyələnib. Bu nəticəylə Raman Saley Paris Paralimpiadasına lisenziya qazanıb. Xatırladaq ki, daha əvvəl Lamiyə Vəliyeva, Oloxan Musayev , Səid Nəcəfzadə və Orxan Aslanov paralimpiadaya lisenziya əldə etmişdi.