Bakıda şahmatçıların dünya kuboku davam edir.
Artıq ilk mərhələnin cavab görüşləri keçirilib. Nəticələrə əsasən, Ülviyyə Fətəliyeva, Rauf Məmmədov, Nicat Abbasov, Qədir Hüseynov, Vasif Durarbəyli, Gülnar Məmmədova və Gövhər Beydullayeva 2-ci mərhələyə vəsiqə qazanıblar. Eltac Səfərli texniki məğlubiyyətə görə tay-brek qarşılaşmasına çıxmalıdır. Abdulla Qədimbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı və Misrətdin İsgəndərov da tay-brek görüşləri keçirəcəklər. Nicat Məmmədov, Məhəmməd Muradlı və Xanım Balacayeva isə dünya kubokunda mübarizəni dayandırıb. Qeyd edək ki, qarşılaşmalar hər gün saat 15-də başlanır. Ümumi mükafat fondu 2 milyon dollara yaxın olan yarış avqustun 24-dək davam edəcək.