Azərbaycanın və “Qəbələ” İdman Klubunun qaydasız döyüşün MMA növü üzrə döyüşçüləri növbəti dəfə rinqə çıxıblar.
MMA-çılarımızdan Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin" təşkilatlarının birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar. Hər iki idmançı Yaponiyada keçirilən turnirdə qələbə qazanıb. Musayev yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb. Kərəmov da yerli idmançıdan güclü olub. Vüqar kəmər uğrunda mübarizədə yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. Döyüşçümüz 1-ci raundda Asakuranı boğucu fəndə salaraq qələbə qazanıb.