Formula 1-də çıxış edən 3 komanda maliyyə limitini aşması ilə bağlı problem yaşayır.
İtaliya mətbuatının məlumatına görə, məhz bu səbəbdən komandalar inkişaf üçün istənilən qədər məbləğ xərcləyə bilmir. Amma o komandaların adları ictimaiyyətə açıqlanmır. Bəzi mənbələr isə Beynəlxalq Avtoidman Federasiyasının artıq “Red Bull”, “Ferrari”, “Mersedes” və “Aston Martin”də təftiş keçirəcəyini yazır. Hazırda maliyyə hesabatlarında nöqsanlara yol verən komandaların cəza predmetində dəyişikliklər olacağı ilə bağlı fikirlər də dolaşır. Formula 1-in rəhbəri Stefano Domenikali büdcə limitini aşan kollektivlərə xalla cərimələnə biləcəyini söyləyib.