“Andretti” və “Haytek” komandalarının Formula 1-də iştirakına icazə veriləcək.

Almaniya mətbuatının məlumatına görə, çempionata rəhbərlik edən “Liberty Media” şirkəti yaxın vaxtlarda bu komandaların iştirak ərizəsini müsbət cavablandıracaq.  Hazırda  texnologiya, heyət və maliyyə cəhətdən bu komandalar tələblərə cavab verir. “Andretti” və “Haytek” uzun müddətdir ki, Formula 1 yarışlarına qatılmaq fikrində olsa da, bəzi komandaların onların iştirakına qarşı çıxması bu prosesi yubadırdı. Xatırladaq ki, 2026-cı ildən Formula 1-də reqlament dəyişikliyi nəticəsində “Audi”, “Honda” və “Ford” şirkətləri də çempionatda mühərriklərlə təmsil olunacaq.