Paralimpiya komandamızın liderlərindən Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında daha bir qızıl medal qazanıb.

Daha əvvəl 100 metr məsafəyə qaçışda ali mükafata yiyələnən Vəliyeva eyni uğuru 400 metrə qaçış üzrə turnirdə də təkrarlayıb. Paralimpiadaya lisenziyanı təmin edən idmançımız bu dəfə 55,34 saniyə nəticəylə dünya çempionu olub. Xatırladaq ki, Vəliyevadan əvvəl Oloxan Musayev nüvə itələmə, Səid Nəcəfzadə və Orxan Aslanov isə uzunluğa tullanma növlərində Paralimpiya Oyunlarına lisenziya qazanıb.