Macarıstanın paytaxtı Budapeştdə güləşçilərin beynəlxalq reytinq yarışı başlanıb.

Turnirin ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Onlardan 97 kq-da bacarığını göstərən idmançımız Məhəmmədxan Məhəmmədov fəxri kürsüyə qalxıb. O, 1/8 finalda Macarıstan, daha sonra Qazaxıstan və Almaniya güləşçilərindən üstün olaraq finala çıxıb. Məhəmmədxan Məhəmmədov həlledici qarşılaşmada öz çəkisində ən güclülərdən hesab olunan, olimpiya və dünya çempionu, amerikalı Kayl Snayderlə qarşılaşmalı olsa da, zədə səbəbindən yarışa bilməyib. Nəticədə Məhəmmədov gümüş medalla kifayətlənib.