Çimərlik futbolu üzrə millimiz dünya çempionatının seçmə mərhələsində sonuncu oyuna çıxıb.

Komandamız 13-cü yer uğrunda İsveçrə yığması ilə görüşü 6:6 hesabı ilə nəticələnib. Seçməmizin üzvlərindən Elşad Manafov, Ramil Əliyev, Orxan Məmmədovla, Comərd Baxşəliyev fərqləniblər. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Futbolçularımız 11 metrlik zərbələri daha dəqiq yerinə yetirərək qələbə qazanıblar.